YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağı əsl cənnətə çeviririk

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Zəfərimizdən iki il keçdi. 8 noyabr 2020-ci il Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən böyük qürur hissi ilə bildirdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Bu müjdə hər bir azərbaycanlını qürurlandırdı. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilərimiz qarşısında çıxışına həmişə olduğu kimi şəhidlərimizə böyük ehtiramını bildirərək onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.

İki il öncə alınmaz qala sayılan Şuşanı düşmən tapdağından azad edən Şanlı ordumuzun şücaətindən danışan cənab Prezident “Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı” deyə çıxışına başladı. Böyük qurur hissi ilə bunu vurğulayan Prezident İlham Əliyev xalqına, onun ordusuna nə qədər inandığını və qurur duyduğunu bir daha bildirdi.

Qarabağın, alınmaz qala sayılan Şuşanın işğaldan azad olunması çox insanlar üçün  inanılmaz olsada, cənab Prezident Şuşaya qayıdacağımıza inandıgını və buna əmin olduğunu qətiyyətlə deyirdi. Azərbaycan xalqı öz müdrik rəhbərinin uzaqgörən siyasətinə güvənir və əmin idi ki, bir gün gələcək bütün işğal altında olan torpaqlarımızı azad edəcəyik. Nəhayət 44 günlük zəfər savaşında bunun şahidi olduq. Azərbaycan tarixinin ən yadda qalan, ən əhəmiyyətli hadisəsi məhz  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı ordumuzun 2020 – ci ildə əzəli torpaqlarımızı düşmən tapdağından azad etməsi oldu. Düşmənin dırnaqarası “dənizdən dənizə böyük ermənistan” planını darmadağın edən azərbaycan xalqı, indi bütün dünyada məğrur və qalib xalq kimi tanınınr. Bir zamanlar Ohanyan səddinə güvənən ermənilər, bu gün Müzəffər Azərbaycan ordusunin qarşısında heç bir səddin dözmədiyinin şahidi oldular.

Qələbəmizin ikinci ildönümü günü, Şuşada çıxışı zamanı Müzəffər Ali Baş Komandan: “Hər dəfə Şuşada olarkən, - mən son iki il ərzində Şuşada on dəfədən çox olmuşam, - hər dəfə Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən mən və əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür. Çünki “Zəfər yolu” adlandırdığımız yol cəmi iki ilə yaxındır ki çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb”, deyə qeyd edib.

30 ilə yaxın müddətdə ermənistan hökuməti və xalqı işğal etdikləri Azərbaycan torpaqlarında talançılıq və xəyanətdən başqa bir iş görməmişdilər. Çünki onlar yaxşı bilirdilər ki, bir gün bu torpaqların sahibləri öz əzəli yurduna qayıdacaq və buranı göz bəbəyi kimi qoruyacaqlar. Biz Qarabağı işğaldan təmizlədik və bu gün, qısa müddət ərzində öz dədə-baba torpaqlarımızı əsl cənnətə çeviririk.