YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 30-cu ildönümü ilə bağlı Ağdaşda silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Yuxarı Ləki kənd ərazi partiya təşkilatında partiyanın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Yuxarı Ləki kənd ərazi partiya təşkilatının sədri Müşfiq Hüseynov Yeni Azərbaycan Partiyasının yaranmasından və keçdiyi tarixi yoldan bəhs edib.

Tədbirdə çıxış edən YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı Anar Şahmuradov və partiya fəalları Yeni Azərbaycan Partiyasının zamanın və xalqın tələbi ilə yarandığını qeyd edərək müstəqil Azərbaycan naminə görülən işlərdən, ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla və müdrikliklə davam etdirilməsindən danışıblar.

Sonda YAP Ağdaş rayon təşkilatında səmərəli fəaliyyətinə görə bir qrup partiya fəalına fəxri fərmanlar təqdim olunub.