YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Milli Dirçəliş Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı rayon Gənclər və İdman İdarəsi ilə birlikdə Milli Dirçəliş Gününə həsr olunmuş “Milli tariximizin şanlı səhifəsi” mövzusunda tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunmasında, torpaqlarımızın işğaldan azad edilməsində canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Milli Dirçəliş Gününün tarixindən, xalqımızın uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşmasından, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən və ölkəmizin əldə etdiyi çoxsaylı uğurlardan ətraflı danışıb.

Qazax rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, BDU-nun Qazax filialının tələbəsi Elşad Əliyev, Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbəsi Aybəniz Məmmədova və başqaları da çıxışlarında Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində oynadığı tarixi roldan danışıblar.