YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuzda tədbir keçirilib

Tovuz rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət şöbəsi ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, Ağstafa Regional Mədəniyyət idarəsinin Tovuz rayon üzrə nümayəndəliyinin baş məsləhətçi Adil Həsənov və partiya fəalları iştitak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdəki büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə məruzə ilə çıxış edən Mədəniyyət şöbəsi ərazi partiya təşkilatının sədri Nərgiz Sabirli tədbir iştirakçılarını YAP-ın 30-cu ildönümü münasibətilə təbrik edib və bildirib ki, partiyamız yaradıldığı gündən üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirib.

Tədbirdə YAP rayon təşkilatının sədri Nihad Pənahov çıxış edərək YAP-ın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən bəhs edən edərək bildirib ki, 30 illik zəngin və şərəfli inkişaf yolu keçmiş YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib. Azərbaycanın bu günkü reallıqları keçdiyimiz 30 ilin ümumiləşdirilmiş ifadəsidir.

Partiya fəalı Xəyal Nağıyev çıxış edərək bildirib ki, partiyamızın yaradıcısı, Ulu öndərimiz Heydər Əliyevin vaxtilə mənim başa çatdıra bilmədiyim işləri İlham Əliyev başa çatdıracaq kəlamının bu gün gercəkliyə çevrildiyindən qurur duyduqlarını bildirib.

Sonda Tovuz rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, 44 günlük vətən müharibəsi iştirakçısı qazi Yasin Səməndərova xatirə hədiyyəsi eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.