YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Noyabr ayının 21-də müasir Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu ölkəmizin siyasi həyatnıda önəmli rol oynayan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 ili tamam olur. Yeni Azərbaycan Partiyası son 30 illik tariximizin şanlı səhifələrindəndir.

Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Heydər Əliyevin rəhbərliyi altında birləşən Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmış, və Azərbaycanın gələcək taleyini müəyyən etmişdir. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Azərbaycan xalqının rifahının yaxşılaşdırması, dövlətçiliyin qorunub saxlanılması, ölkə iqtisadiyyatının sürətli inkişaf yoluna cıxarılması üçün gərgin fəaliyyət göstərmişdir. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi böhran və fəlakət xalqın sabaha olan ümidlərini demək olar ki, qırmışdı. Qarabağ cəbhəsində cərəyan edən məğlubiyyətlər davam edirdi. Qarabağ əhalisi doğma yurdlarından qovulur, onlara vəhşicəsinə divan tutulur, ev eşikləri yandırılırdı.

Azərbaycanın çətin günlərində bütün xalqımızın gözü Naxçıvana dikilmişdi. Çünki yeganə ümid yeri Naxçıvan Ali Məclisinin sədri, qəlbi daima xalqının qəlbi ilə döyünən Heydər Əliyev idi. Hər bir Azəbaycan ziyalısı kimi Ağdamlılar da çox yaxşı bilirdilər ki, Heydər Əliyev kimi güclü və dəmir iradəli şəxsiyyət ölkənin bu çətin günlərində öz çiynini belə ağır, son dərəcə məsuliyyətli yükün altına verə bilər. Bu addımı yalnız Vətəni və xalqı naminə hər cür fədakarlığa hazır olan insan ata bilərdi. Odur ki, xalqın günü-gündən Heydər Əliyev şəxsiyyətinə olan inamı daha da artaraq ümumxalq məhəbbətinə çevrilmişdi. Belə bir vaxtda Ağdamlılar da Qarabağın nicat yolunu Heydər Əliyevdə görürdü. Odur ki, bir qrup Azərbaycan ziyalıları Naxçıvana gedərək Azərbaycanı bu bəladan qurtara biləcək yeni bir partiya yaratmaq arzusi ilə Heydər Əliyevə müraciət etdilər. Ulu Öndər yeni yaradılacaq partiyaya rəhbərlik etməyə razılıq verdi. Beləliklə çox çətin vəziyyətdə 1992-ci ilin noyabr ayında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi, Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı.

Yeni Azərbaycan Partiyası yaradıldıqdan sonra çox çətinliklərlə üzləşdi, problemlər yaşadı. Ancaq buna baxmayaraq, partiyamızın ideyaları, ulu öndərin müdrikliyi, onun cəmiyyətdəki nüfuzu və rolu partiya qarşısında heç bir maneənin mövculugunu nəzərdə tutmurdu. Yeni Azərbaycan Partiyasının ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəlmişdir. Yeni Azərbaycan Partiyası ən başlıcası isə onun yaradıcısı və rəhbəri olan Ulu Öndərimiz Heydər Əliyevə sədaqətli insanlar siyasi fəallıq göstərərək bu yoldan dönmədilər.

Həmin dövrdə Yeni Azərbaycan Partiyasının qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı. Yeni Azərbaycan Partiyası bu missiyanı yüksək səviyyədə, şərəflə yerinə yetirə bildi.

Bu gün Prezdent İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsini yaşayır və Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevirilib. 44 günlük Vətən müharibəsində qazanılan Tarixi Zəfər, eyni zamanda beynəlxalq müstəvidə əldə edilən yeni uğurlar ictimai, siyasi, mədəni, iqtisadi münasibətlərimizə müsbət təsir göstərərək həm regionda, həm də ölkə daxilində yeni reallıqlar yaradıb.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Yeni Azərbaycan Partiyasının gücləndirilməsi və inkişafı istiqamətində atılan addımlar da çox mühüm əhəmiyyət kəsb edir. Xüsusilə partiyamızın VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, bütövlükdə isə, ölkəmizin tərəqqisinə yeni təkan və töhfə olacaq.