YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Dövlət büdcəsinin gəlirlərinin və xərclərinin ildən-ilə artması ölkəmizin ardıcıl inkişafını müəyyən edən amillərdəndir

Dövlət büdcəsinin gəlirlərinin və xərclərinin ildən-ilə artması ölkəmizin ardıcıl və dinamik inkişafını müəyyən edən ən mühüm amillərdən biridir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası başa çatmaqda olan 2022-ci ildə dövlətimizin qarşısında dayanan bütün vəzifələrin uğurla yerinə yetirilməsini təmin edib.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova 2023-cü il dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentin noyabrın 16-dakı iclasında deyib.

O bildirib ki, gələn ilin dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri müvafiq olaraq 30,7 milyard manat və 30,3 milyard manat məbləğində müəyyən edilib. Dövlət büdcəsinin prioritetləri sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdışın həyata keçirilməsi, ölkənin milli təhlükəsizliyini və müdafiə potensialının gücləndirilməsi, Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı olacaq.