YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kaliforniya qubernatoru Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etmişdir

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibətilə Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını təbrik etmişdir.

Qubernatordan Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğuna daxil olmuş təbrik məktubunda Azərbaycanın zəngin tarixə malik olduğu və Kaliforniyadakı Azərbaycan icmasının, eləcə də bütün dünyada yaşayan azərbaycanlıların öz mədəniyyətləri ilə fəxr etdikləri bildirilir. Qubernator qeyd edir ki, Respublika Günü Kaliforniyadakı Azərbaycan icması üçün böyük önəm daşıyır. Sonda qubernator belə bir günün qeyd olunmasının Kaliforniya mədəniyyətinə və müxtəlifliyinə töhfələr vermiş ənənələrin qorunmasına xidmət etdiyini bildirir və Kaliforniya ştatı adından Azərbaycan xalqını və bütün azərbaycanlıları təbrik edir.

Demokratlar Partiyasını təmsil edən C.Braun 2011-ci ildən Kaliforniyanın qubernatoru vəzifəsini daşıyır. O, bundan əvvəlcə 1975-1983-cü illərdə də eyni vəzifədə çalışmışdır.