YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günündə xatirəsi anılıb

Quba rayonu Paşaoba kəndində 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Əhmədov Əskər Əhmədkişi oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları şəhidin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Ziyarət zamanı Əskər Əhmədovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Əskər Əhmədov 2020-ci il oktyabrın 6-da Hadrut uğrunda gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Əskər Əhmədov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv