YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı Zəfər Günü ilə bağlı tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı 49 saylı ərazi partiya təşkilatı 8 Noyabr - Zəfər Günü münasibətilə “Qələbəmiz tariximizin zəfər salnaməsidir” mövzusunda tədbir keçirib.

Tədbir iştirakçıları öncə Laçın rayon 12 nömrəli tam orta məktəbin foyesində Zəfər Gününə həsr edilmiş məktəblilərin rəsm və əl işlərindən ibarət sərgiyə baxıblar.

Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, ərazi partiya təşkilat sədrləri, müavinləri, partiya fəalları, şəhid ailələri, Qarabağ müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, 49 saylı ərazi partiya təşkilatının sədri Nərgiz Hüseynova, şəhid Elgin Abbaslının atası Ağayar Abbasov, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Qorxmaz Eyvazovun oğlu Asəm Eyvazov hər il 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından danışıblar.

Sonra məktəblilərin hazırladıqları bədii kompozisiyalar təqdim edilib.