YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakının belə möhtəşəm Foruma ev sahibliyi etməsi xalqlar arasında sülhə və əmin-amanlığa nail olunması baxımından misilsizdir

Bakının belə möhtəşəm Foruma ev sahibliyi etməsi xalqlar arasında sülhə və əmin-amanlığa nail olunması baxımından misilsizdir. Bu, həm də Azərbaycanın dünyada qədim tarixi köklərə malik ölkə kimi tanınmasına əlverişli imkanlar yaradır.

Bu fikri Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən UNESCO-nun nümayəndəsi, fransalı Afrouz Rezzavi deyib.

Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi dəstəyi yüksək qiymətləndirən A.Rezzavi qeyd edib ki, ilk dəfədir ki, öləkəmizdədir. Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin keçirildiyini, gələn ay ilk Avropa Oyunlarının keçiriləcəyini qeyd edən fransalı qonaq Azərbaycanın mədəniyyətlərarası dialoqun gücləndirilməsində rolunu davam etdirməsini zəruri sayıb.