YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda şəhid ailələri ziyarət olunub

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Goranlı kəndində şəhid İxtiyar Əliyevin ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb. Görüşdə rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri iştirak edib.

Şəhidin ailə üzvləri ilə keçirilən görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsinin ildönümünün qalib xalqımız tərəfindən qürur və fəxarətlə qeyd olunduğu, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb.

Həyatı və döyüş yolu hörmətlə xatırlanan şəhidin ailə üzvləri də onlara göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.