YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İki qardaş ölkənin ədalətə əsaslanan siyasətinin uğurları davamlıdır

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

İlk öncə qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsindəki şanlı zəfərdən sonra Azərbaycan azad edilmiş ərazilərində intrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işləri uğurla davam edir. Artıq 30 ildən sonra məcburi  köçkünlər öz doğma evlərinə qayıda biləcəklər. Xüsusilə vurğulamaq lazımdır ki, Prezidentimiz bu böyük layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.

Bu ərazilərdə aparılan tikinti-quruculuq işlərində qardaş Türkiyə dövlətinində dəstəyi vardır. Bu gün biz yenədə bərpa edilən Qarabağda Zəngəzurda Türkiyə -Azərbaycan birliyini görürük.

Oktyabrın 20-də Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər. Ölkə Prezidenti İlham Əliyev mətbuata verdiyi birgə bəyanat zamanı bildirmişdir ki, inşaat işlərində, yol çəkilişi işində Türkiyə şirkətləri bizimlə bərabər çalışır və qısa müddət ərzində böyük işlər görüb. Yolların artıq bir hissəsi hazırdı, dəmir yollarının, 33 tunelin inşası nəzərdə tutulub. Tunellərin ümumi uzunluğu 50km –dən çoxdur. 84 körpü inşa ediləcək. Onların bəzisi hazırdı. Bu birinci mərhələdə görüləcək və görülən işlərdir. Qarabağı və Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək .

İşğaldan azad olunan ərazilərimizdəki quruculu işlərində Türkiyənin yaxından iştirakı Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bu gün Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqaz regionunda çox önəmli bir amilə çevrilib. Bu birlik Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə əsl müttəfiqlik səviyyəsinə yüksəlib.

İki qardaş ölkənin ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurları davamlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyə Prezidentinin ölkəmizə hər səfəri, səfər çərçivəsində səsləndirdiyi hər bir fikir xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Qarşılanma mərasiminə paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş torpaqlarımızın da şahidlik etməsi ikiqat sevincdir.