YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı dinləmə demokratik müzakirə ənənəsindən xəbər verir

“Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirildi. Əsas məqsədi yeni qanun layihəsinin siyasi partiya sədrlərinin ilə birgə müzakirəsi olan bu dinləmənin təşkil edilməsi Milli Məclisin müzakirələrə açıq olduğunu nümayiş etdirdi. Çünki bu müzakirələr qanun layihəsi ilə bağlı siyasi partiyaların öz rəy və təkliflərini təqdim etməyə imkan yaratmaqla yanaşı həmçinin təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst ifadə etmək imkanı demək idi”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, son dinləmə eyni zamanda bu sahədə ictimai rəyin öyrənilməsinə imkan verməklə gələcəkdə bu tendensiyanın davam etdirilməsinə şərait yaradacaq. Qeyd etmək lazımdır ki, belə müzakirələrin keçirilməsi ali qanunverici orqanla siyasi partiyalar arasında əlaqələrin inkişafına xüsusi təkan verir. Müxtəlif sahələrdə dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai-siyasi rəyin nəzərə alınması plüralizmin varlılığının əsas göstəricisi kimi qiymətləndirilməlidir.

“Dinləmələrdən də göründüyü kimi, siyasi partiya rəhbərləri və nümayəndələrinin çıxışlarında da bu cür görüşlərin keçirilməsi vacib hesab olunur. Bu baxımdan,  qanun layihəsi hazırda reallaşan islahatlar kontekstində yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaq. Digər tərəfdən, qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflər nəzərə alınıb, beynəlxalq təcrübəyə istinad edilib ki, bu da layihənin əhəmiyyətini göstərən əsas faktorlardan hesab olunur”,-deyə V.Bayramov qeyd edib.