YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir

Almaz Həşimova

YAP Füzuli rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanışlıq məqsədi ilə növbəti dəfə cari ilin oktyabrın 19-da Zəngilan rayonuna gələrək bir sıra mühüm əhəmiyyətli sosial obyektlərin istifadəyə verilməsi və təməlqoyma mərasimlərində iştirak etdib, Ağalı kəndinin sakinləri ilə görüşüblər.

Oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində Prezident İlham Əliyevlə təkbətək görüşdən sonra hər iki qardaş ölkənin rəhbərləri mətbuata birgə bəyanatlarla çıxış etdilər. Qeyd edək ki, bu birgə bəyanat həmçinin özünün tarixi əhəmiyyəti ilə də diqqət çəkib.

Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Bu gün qardaş ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoyub. Xalqımız və bütün dünya 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin bir daha şahidi oldu. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. Postmüharibə dövrünün reallıqları - elə son zamanlar müşahidə olunan proseslər də bu gerçəkliyi bir daha təsdiqləyir.

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışını edərək növbəti tarixi missiyanı gerçəkliyə çevirdilər

Beləliklə, oktyabrın 20-də dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik etdi. İki qardaş lider - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışını edərək növbəti tarixi missiyanı gerçəkliyə çevirdilər. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikinci böyük hava limanın açılışında iştirakı bir daha Türkiyə-Azərbaycan birliyinin, möhtəşəm dostluğunun daha bir bariz nümunəsi, danılmaz təcəssümüdür.

Prezident İlham Əliyev: Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib ki, bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır. “Bu, bizim üçün böyük xoşbəxtlikdir və İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Bildirilib ki, azad edilən ərazilərdə inşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. ərazidə avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulub. Belə ki, həmin tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur. Qısa müddət ərzində ümumi uzunluğu 12 kilometr olamn 84 körpü tikiləcək, onların bir qismi artıq inşa edilmişdir”, deyə dövlət başçımız qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu birgə edəcəyik. Məhz bu gün Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə olaraq, kəlam deyil, bu, reallıqdır və həmin reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə, xoş günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi: "Azərbaycan-Türkiyə hər zaman olduğu kimi, bir yerdədir və bir yerdə olacaq”.