YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə şəhidin 40 mərasimi keçirilib

Lerik rayonu Almu kəndində sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş leytenant Məlikov Vüsal Bəxtiyar oğlunun 40 mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyasının (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək ruhuna dualar oxuyublar.

Eyni zamanda, Vətən müharibəsi şəhidi Tahirli Natiq Namiq oğlunun da məzarı ziyarət olunub, xatirəsi ehtiramla anılıb.