YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qarabağ” ordenli mayor Elsevər Paşayevin məzarı ziyarət olunub

“Qarabağ” ordenli mayor Paşayev Elsevər Vaqif oğlunun şəhadətə ucalmasının ikinci ildönümü münasibəti ilə İkinci Fəxri xiyabanda anım mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Müdəfiə Nazirliyinin nümayəndəsi polkovnik İlqar Xankişiyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin məsul işçiləri və qazilər iştirak ediblər.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra şəhidin məzarı ziyarət olunub, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.