YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada şəhidlər ehtiramla xatırlanır

Astara şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən bu il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə ucalan Qurbanzadə Cəmil Anar oğlunun 40 mərasimi keçirilib.  Rayonun Ərçivan qəsəbəsində Vətən müharibəsi şəhidi Zeynalov Sadiq Kamal oğlunun, Alaşa kəndində isə Rəhmanov Samiq Rizvan oğlunun şəhadətlərinin ikinci ildönümü qeyd olunub. 

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Turan Həsənzadə, partiya fəalları, şəhid valideynləri, ictimaiyyət nümayəndələri, şəhidin döyüş yoldaşları iştirak ediblər.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaətdən bəhs edib.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqıalrını bildiriblər.