YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubadlı yenidən qurulur

“Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 25 oktyabr tarixində Qubadlı şəhərinin işğaldan azad olunması xəbərini elan etməklə xalqımızı növbəti dəfə sevindirdi”. Bu sözləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.

Asif Əsgərli deyib ki, Müzəffər Azərbaycan Ordusu döyüş meydanında Ermənistan gücünü göstərib: “Ermənistan danışıqlar yolu ilə torpaqları qaytarmaq istəmədi. Milli Ordumuz işğalçı erməniləri torpaqlarımızdan qovdu. Bu gün Azərbaycan Bayrağı işaldan azad oluna torpaqlarda, o cümlədən Qubadlıda da dalğalanır. Bu, Azərbaycan xalqının ən böyük arzusu idi. Rəsmi İrəvan Qubadlının Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır”.

Politoloq bildirib ki, Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur: “Prezident İlham Əliyev Qubadlıya səfərlərində yerli sakinlərlə görüşür. Hər görüşündə qürurla Qubadlının azad olunması və burada aparılan tikinti-quruculuq işləri haqqında fikirlərini bildirir. “Ermənilər bizi məhrum etmişdi. Bu, böyük sərvətdir. Özü də indiki şəraitdə ki, su resursları dünyada gələcəkdə əsas yəni, yaşayış üçün əsas resurs kimi artıq tanınır. Ona görə düzgün planlaşdırma aparılmalıdır, iqtisadi inkişaf, hansı sahələr inkişaf edəcək. Əlbəttə ki, biz bura yerli, xarici investorları cəlb edəcəyik. Yəni böyük planlarımız var, konseptual yanaşma mövcuddur. Ancaq bundan sonra dəqiq planlaşma aparılmalıdır və əminəm ki, Qubadlı sakinləri fəal iştirak edəcəklər”,-deyə cənab Prezindet Qubadlı ictimaiyyəti ilə görüşdə deyib.

Ötən həftə cənab Prezident növbəti dəfə Qubadlıya səfər etmişdi. Bu səfər çərçivəsində Prezident İlham Əliyev Qubadlıda "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Həmçinin Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub. Orda Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Qubadlı şəhərinin Baş planı təqdim edilib. Onlar Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Xatıladaq ki, Baş plana əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. Bununla Qubadlı əhalisi yenidən əvvəlki firavan həyatını davam etdirəcəklər”.