YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər unudulmur!

Ağsuda Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Quluzadə Kamran Pərviz oğlunun anım mərasimi keçirilib.

İldönümü tədbirində Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Gəgəli kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək ruhuna dualar oxuyublar.

Tədbirdə çıxış edənlər şəhid Kamran Quluzadə keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 1998-ci il avqustun 14-də Ağsu rayonu Gəgəli kəndində anadan olan Kamran Quluzadə 2020-ci il oktyabrın 21-də Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.