YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb

Bərdə Şəhidlər xiyabanında Kəlbəcər rayonundan olan Birinci Qarabağ müharibəsi şəhidləri Aydınov Rəfi Telman oğlunun və Musayev Zahid Daşqın oğlunun xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhidin ailə üzvləri və döyüş yoldaşları şəhidlərin məzarlarını ziyarət edib, üzərilərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu böyük Zəfərə imza atdı. İgid oğullarımız qəhrəmanlıq göstərərək ərazi bütövlüyümüzü bərpa etdilər. Eyni zamanda həm Birinci, həm də İkinci Qarabağ müharibələrində şəhid olanların qisası alındı. Həbib Misirov Ali Baş Komandanın rəhbərliyi altında igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin bu gün hər kəs üçün nümunə olduğunu söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır, onların Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.

Qeyd edək ki, Rəfi Aydınov 1993-1994-cü illərdə “Murovdağ əməliyyatı” zamanı, Zahid Musayev isə 1996-cı il mayın 19-da düşmənin kəşfiyyat-diversiya qrupunun hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalıblar.