YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarix yazan qəhrəmanlar!

Biləsuvar rayonunda Vətən müharibəsi şəhidləri Teymurzadə Nahid Üzeyir oğlunun, Mirişli Şəhriyar Bəxtiyar oğlunun şəhadətlərinin ikinci ildönümü qeyd olunub. Ermənistan silahlı qüvvələri tərəfindən bu il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə ucalan Hüseynov Ziyarət Mail oğlunun və şəhid Məmmədov Məhəmməd Bilal oğlunun isə qırx mərasimləri keçirilib.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ziya Qurbanlı, SHXDÇX-nin Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, partiya fəalları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasim iştirakçıları şəhid ailələrinə dərin hüznlə başsağlığı verərək, Vətənin qəhrəman övladlarının əziz xatirələrini ehtiramla anıb, ruhlarına dualar oxuyublar.