YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Ravil Hümbətovun 40 mərasimi keçirilib

Ermənistan silahlı qüvvələri tərəfindən bu il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə ucalan leytenant Hümbətov Ravil Mübariz oğlunun 40 mərasimi keçirilib.Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Cəbrayıl RİH başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov və ictimaiyyət nümayəndələri İkinci Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Çıxışlarda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaətdən bəhs olunub.