YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin ruhuna ehtiram

Şabran rayonu Ceyranlı kəndində Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən Babayev Sahil Coşqun oğlunun şəhadətinin 2- ci ildönümü münasibətilə ailəsi ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Milli Məclisin deputatı Sadiq Qurbanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, şəhid ailələri və partiya üzvləri şəhidin ailəsinə baş çəkib, onlara dərin hüznlə başsağlığı veriblər.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Daha sonra Ceyranlı kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.