YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: Qarabağın gündən-günə inkişafının şahidi olmaq məni hədsiz dərəcədə sevindirdi

Qardaş Azərbaycanın Zəngilan və Cəbrayıl şəhərlərinə səfərimizi uğurla başa vurduq. Zəngilan Beynəlxalq Hava Limanını əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə açdıq. Son dərəcə əhəmiyyətli bir yer olan Zəngilanda tikintisi başa çatan hava limanı təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm əhəmiyyət kəsb edəcək. Bölgənin dünya ilə bağlantısının yenidən təsisi və nəqliyyat xətlərinin gücləndirilməsi strateji addımdır. Gələn il Laçın hava limanını istifadəyə verməklə bu nailiyyətləri daha da artıracağıq.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mediaya açıqlamasında bildirib.

Prezident Ərdoğan deyib: “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlini də qoyduq, “Dost Aqropark”ın birinci mərhələsinin açılışını etdik.

Ölkəmizin işğaldan azad edilən torpaqlarında aparılan bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyini deyən Türkiyə Prezidenti bildirib ki, ötən il Şuşada, Füzulidə olarkən azad olunmuş torpaqlarda aparılan işlərlə yerindəcə tanış olduq. Qarabağın gündən-günə inkişafının şahidi olmaq məni hədsiz dərəcədə sevindirdi. Bu layihələrdə qurumlarımızın və türk şirkətlərinin payının olması bizim üçün qürurvericidir. Bu münasibətlə başda qardaşım Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını təbrik edirəm. İnanıram ki, Azərbaycanın investisiya sahəsində atdığı addımlarla Qarabağ tezliklə regionun parlayan ulduzuna çevriləcək.