YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusunun təminat daşıyan texnikası atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bundan əlavə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində bölmələrimizə təminat daşıyan bir ədəd KamAZ markalı avtomobil də Ermənistan hərbi bölmələri tərəfindən atəşə məruz qalıb.

Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.