YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional sabitliyin təminatı

İspaniyanın “EFE” xəbər agentliyi, SWI swissinfo.ch (İsveçrə İctimai Yayım Korporasiyasının (SRG SSR) beynəlxalq onlayn platforması) ispandilli versiyası, Paraqvayın abc.com xəbər portalında “İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi regional sabitliyin təminatıdır” başlıqlı məqalə dərc edilib.

Məqalədə oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasiminin keçirildiyi diqqətə çatdırılır.

İspandilli nəşrlər yazır: “Sonuncu Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Cəbrayıl şəhərində keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Azərbaycan-Türkiyə birliyi regionda sülhün və sabitliyin təminatıdır”.

Qeyd olunur ki, İlham Əliyev cəmi bir il əvvəl Türkiyə Prezidenti ilə imzalanmış Şuşa Bəyannaməsinin regiona və dünyaya bir siqnal olduğunu xatırladıb, “çünki Türkiyə-Azərbaycan birliyi qlobal səviyyədə çox mühüm amildir. Sülh və sabitlik amili”.

Mətbuat orqanı yazır ki, Türkiyə prezidenti Qərbi tənqid atəşinə tutaraq, Ermənistanın işğalı ilə bağlı mövqeyinin hazırda işğaldan azad edilmiş Azərbaycan ərazilərində kütləvi dağıntılara səbəb olduğunu qeyd edib.

“İlham Əliyev mənə deyib ki, ATƏT və Aİ nümayəndələri işğaldan azad edilmiş ərazilərə gəlmir. Səbəbi sadədir. Onlar öz hərəkətsizliyinin, Qərbin etdiklərinin nəticəsini görmək istəmirlər. Bu elə bir məsələdir ki, biz onu Haaqa məhkəməsinə təqdim etməli və təzminat tələb etməliyik. Biz dünyaya onların əsl simasını göstərməliyik”, – deyə EFE Türkiyə prezidentindən sitat gətirib.

Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Ermənistanla sülh müqaviləsi bağlamaq üçün “səmimi və müsbət addımlar atdığını” bildirdiyi diqqətə çatdırılır.

İspandilli nəşrlər yazır ki, oktyabrın 20-də iki lider Azərbaycanın 2020-ci ilin payızında Ermənistanla müharibədən sonra işğaldan azad etdiyi Zəngilanda beynəlxalq hava limanının açılışını ediblər. EFE yazır ki, bu, açılışında Türkiyə prezidentinin də iştirak etdiyi Füzuli hava limanından sonra işğaldan azad edilmiş Azərbaycan ərazilərində tikilən ikinci hava limanıdır.