YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk Dövlətləri Təşkilatı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü ilə bağlı paylaşım edib

Türk Dövlətləri Təşkilatı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü ilə bağlı rəsmi tvitter səhifəsində paylaşım edib.

Baş katib Bağdad Amreyevin imzası ilə olunan paylaşımı təqdim edirik: “Qurucu üzvümüz Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 31-ci ildönümünü qeyd etdiyimiz bu mühüm gün münasibətilə Azərbaycan Hökumətini və onun qardaş xalqını ən səmimi hisslərimlə təbrik etməkdən xoşbəxtəm.

Azərbaycanın 31 ildə qət etdiyi yol, siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi böyük irəliləyiş, regionumuzda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində oynadığı mühüm rolla yanaşı türk dünyasının birlik və həmrəyliyinin daha da inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylər təkcə türk dünyası deyil, bütün dünya tərəfindən təqdir edilir.

Bu əlamətdar günü qeyd etmək üçün azərbaycanlı qardaşlarımıza qoşularaq, başda Prezident İlham Əliyev olmaqla Azərbaycan Hökumətinin bütün qurumlarına, özəl sektorunun müəssisə və təşkilatlarına Türk Dövlətləri Təşkilatının yeni inkişaf dövrünə möhkəm addımlarla irəliləməsində göstərdikləri fasiləsiz dəstək və köməyə görə minnətdarlığımızı bildiririk.

Bu münasibətlə bir daha səmimi təbriklərimi çatdıraraq, Azərbaycan xalqına ölkənin hər yerində dalğalanan şanlı bayraq altında firavan və işıqlı gələcək arzulayıram”.