YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkənddə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin beyin mərkəzlərinin 8-ci forumu keçirilib

Özbəkistanın Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin xarici siyasət araşdırmaları üzrə rəsmi beyin mərkəzlərinin 8-ci forumu keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) bildirilib ki, panel müzakirələri TDT məkanında iqtisadi-ticari əməkdaşlığın inkişafına və qarşılıqlı nəqliyyat-logistika əlaqəsinə həsr olunub.

Forum çərçivəsində, həmçinin TDT ölkələrinin analitik mərkəzləri arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd təşkilat daxilində gələcək inteqrasiya prosesini asanlaşdırmaq məqsədilə iştirakçılar arasında müntəzəm təmasları davam etdirmək və hərtərəfli əməkdaşlığın inkişafı üçün şərait yaratmaq məqsədi daşıyır.

Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutu tərəfindən təşkil olunan forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Macarıstanın aparıcı beyin mərkəzlərinin 60-dan çox tanınmış eksperti, o cümlədən TDT Katibliyinin nümayəndə heyəti iştirak edib.

Azərbaycanı bu tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Mərkəzin şöbə müdiri Cavid Vəliyev və aparıcı məsləhətçisi Nağı Əhmədovdan ibarət nümayəndə heyəti təmsil edib.