YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənin qəhrəman övladlarının xatirəsi daim əziz tutulur

Daşkəsən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi gizir Abdullayev Şəhriyar Kamil oğlunun xatirəsi anılıb.

Anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik-leytenant Nazim Çələbiyev, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər iştirak ediblər.

Şəhidin məzarı ziyarət olunaraq önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışılıb, ölkə rəhbərinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını vurğulanıb.

Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlar.

Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan şəhid Şəhriyar Abdullayev 02 mart 1987-ci ildə Tərtər rayonu Cəmilli kəndində anadan olub.  2020-ci il oktyabrın 13-də Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.