YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni siyasi konfiqurasiyanın əsas konturları

İqtidar-müxalifət dialoqu çərçivəsində növbəti görüş Haqq Ədalət Partiyasının sədri ilə keçirilib

Oktyabrın 13-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Haqq Ədalət Partiyasının sədri Əli İnsanov ilə görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə şöbə müdiri ölkəmizdə siyasi dialoq mədəniyyətinin və cəmiyyətin inkişafı naminə həyata keçirilən iqtidar-müxalifət əməkdaşlığının perspektivlərindən, dövlət-partiya və partiyalararası münasibət, çoxpartiyalı siyasi sistemin inkişafına dövlət dəstəyi barədə söz açıb, siyasi tariximizin zənginləşməsində, dövlətçiliyimizin möhkəmlənməsində siyasi partiyaların rolunun önəmli olduğunu qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi islahatların nəticəsində siyasi partiyaların fəaliyyəti üçün geniş zəmin yaradıldığı, həmçinin siyasi partiyaların qərargahlarla təmin olunması, fəaliyyətlərinin legitimləşdirilməsi, ölkədə fəaliyyət göstərən dövlət və özəl media resurslarına çıxış üçün geniş imkanlarının yaradılması, ölkədə milli və siyasi həmrəyliyin təmin olunması, yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması və digər məsələlər yeni siyasi konfiqurasiyanın əsas konturları olduğu vurğulanıb. Şöbə müdiri, həmçinin əksər siyasi partiyaların sağlam iqtidar-müxalifət dialoqunun və çoxpartiyalı siyasi sistemin inkişafına öz töhfəsini verdiklərini bildirib.

İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində regionda yaranmış yeni geosiyasi reallıqlar, aparılan islahatların əhəmiyyəti, ölkəmizin qlobal təşəbbüsləri və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu, Böyük Qayıdışla bağlı icra olunan layihələr, dünyada baş verən müxtəlif hadisələr fonunda ölkəmizdə siyasi sabitliyin qorunmasının strateji əhəmiyyəti və bir sıra digər məsələlərin müzakirəsi çərçivəsində xüsusi olaraq vurğulanıb ki, dövlətin inkişafı üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar fəal mövqe tutmalıdırlar.

Sonda tərəflər konstruktiv əməkdaşlığın əhəmiyyətini nəzərə alaraq bu işi sistemli şəkildə davam etdirmək ətrafında fikir mübadiləsi aparıblar. Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü yüksək qiymətləndirilib və belə görüşlərin regionda sülhün və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayacağı bildirilib.