YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədalət hər zaman qalib olur

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfəri mühüm məqamları ilə diqqətdə oldu. Öncə bu dəvət Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, günümüzün əsas məsələlərinin müzakirəsində mövqeyinin önəmini nümayiş etdirdi. Yeni yaradılan siyasi paltformanın Zirvə Toplantısında iştirak edən dövlət başçısı, həmçinin Sammit çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü   ölkəmizə artan diqqəti bir daha təsdiqlədi. Bu baxımdan ki, yekunda qəbul olunan Bəyanatda ədalətə və beynəlxalq hüquqa verilən önəm, eyni zamanda, bu prinsipləri siyasətinin əsasına çevirən ölkəyə yanaşma öz əksini tapdı. Praqa görüşündə Azərbayanın milli maraqları yuksək səvyyədə təmin olundu. Praqada Azərbaycan televiziya kanallarına müsahibənin sonunda dövlət başçısı İlham Əliyevə ifadə olunan minnətdarlıq hissi hər birimizin minnətdarlığı kimi dəyərləndirilir.  Qeyd edildi ki, liderlərin birgə fotosu çox geniş yayıldı, sosial şəbəkələrdə çox geniş müzakirə olundu və bildirildi ki, bizim mövqeyimiz mərkəzdə və öndədir. Əslində, Azərbaycanın bu mövqeyinə görə də bir daha təşəkkür edirik.

Prezident İlham Əliyev hər zaman dövlətimizin maraqlarını öndə saxlayır, liderliyini nümayiş etdirir. Təkcə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı ölkə Prezidentinin 30-dan artıq xarici mətbuata müsahibələrinə diqqət yetirmək kifayətdir. Hər biri Azərbaycan həqiqətlərinin, eyni zamanda, dövlətimizin qətiyyətli mövqeyinin təqdimatı baxımından zəngin mənbədir. Cənab İlham Əliyev istər  ədalətin, istərə də qərəzli  yanaşmaların  ifadəsi olan sualları təmkinlə,  diplomatik şəkildə cavablandırmaqla Azərbaycanı bu gün regionda və dünyada əsl söz sahibi olan, beynəlxalq hüququ öndə saxlayan və hər bir məsələnin də bu prinsip əsasında çözülməsini  tələb edən  müstəqil dövlət kimi təqdim etdi. Dünya Azərbaycanı məhz belə tanıyır. Dövlətinin, xalqının gələcəyini düşünən, onu daim irəliyə aparmaq, imzalarının imzalar arasında daha yüksək səviyyədə görünməsinə çalışan lider üçün dövlət maraqları daim öndə olacaq.

Praqa görüşlərində Azərbaycan növbəti diplomatik uğura imza atdı, Ermənistana isə xəbərdarlıq edildi. Brüssel görüşlərinin davamı olaraq Praqa görüşündə də ciddi dərs alan Ermənistan ona verilən son şans haqqında düşünməlidir.  Görüşün yekununda qəbul edilmiş Bəyanatda Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırıldı.  Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, sərhəd monitorinq  missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. Bu, həm də Rusiyaya qarşı yeni və ciddi addımdır. Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmaması onunla bağlıdır ki, bu məsələ 2020-ci il 9 noyabr Bəyanatı ilə tənzimlənir, bu, hər zaman aktualdır, gündəmdədir və onun reallaşdırılması istiqamətində iş davam etdirilir. Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və bu proses məntiqi sonluğa kimi davam etdiriləcək.

Göründüyü kimi, istər Brüssel, istərsə də Praqa görüşləri bu reallığı təsdiqləyir ki, ədalət hər zaman qalib olur. Tarixi saxtalaşdırıb, fakt tələb olunan zaman aciz duruma düşən Ermənistan sonda hadisələrin bu şəkli alacağını bilirdi. Çünki Azərbaycan hər zaman yüksək  tribunalardan beynəlxalq huquq normalarının tətbiqi, qətnamələrin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsinin vacibliyini bəyan edir. Bu çağırışlar Ermənistana dərs olmaq əvəzinə, işğalçı dövlət himayədarlarına arxalanıb yeni ərazilər uğrunda müharibə planı hazırladı. Bu gün tutduğu mövqeyinə görə təklənən Ermənistandır. Azərbaycan isə qalib ölkə olaraq böyük söz sahibidir.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan uğursuz ölkədir. Buna səbəb isə işğalçılıq siyasətidir.