YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə YAP Kürdəmir rayon təşkilatı “Xəstəxana” ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.

Tədbir ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

“Xəstəxana” ərazi partiya təşkilatının sədri Tarix İslamov Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü ərəfəsində olduğumuzu söyləyərək partiyanın xalq qarşısındakı xidmətlərindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub. Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub.

Çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi uğurlu tarixi yola nəzər salaraq Ulu Öndərin müstəqil Azərbaycan dövləti üçün gördüyü misilsiz işlərdən söz açıb. 1992-ci ildə xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının qısa zaman ərzində xalqın etimadını doğrultduğu və ümumxalq partiyasına çevrildiyi, müstəqil Azərbaycanın qazandığı uğurların Yeni Azərbaycan Partiyasının adı ilə bağlı olduğu vurğulanıb. Qeyd olunub ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var.

“Xəstəxana” ərazi partiya təşkilatının sədr müavini Əliabbas Abdulxalıqov, YAP fəalı Elvira Cavadov qeyd ediblər ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır.