YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın Azərbaycanla əməkdaşlıq etməsi vacib şərtlərdəndir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Təəssüf ki, Azərbaycan dövləti torpaqlarının işğal altında qaldığı müddət ərzində üzləşdiyi ədalətsizliklərlə yenə qarşılaşır. Müharibələr tarixinin ən acınacaqlı statistikalarından biri mülki şəxslərin minalardan əziyyət çəkməsidir. Beynəlxalq təcrübəyə əsasən, münaqişələr bitdikdən sonra əksər hallarda minalı sahələrin xəritələri qarşı tərəfə təqdim edilir ki, gələcəkdə mülki əhali bundan zərər görməsin. Ermənistan isə 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının minalanmış xəritələrini nəinki təhvil vermir, hətta bu ərazilərdə hər yeri, hərbi təyinatı olmayan torpaqları belə minalayır. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı yürütdüyü gizli müharibə və terror siyasətini görməzlikdən gəlir. Azərbaycan torpaqlarının böyük bir hissəsi Ermənistan silahlılarından təmizlənsə də, onların basdırdıqları minaların dəqiq xəritələrini verməmələri hələ də işğalçı siyasətin davam etdiyini deməyə əsas verir. Bu onu göstərir ki, Ermənistan üzdə əməkdaşlıq və əlaqələrin bərpası, normallaşma prosesndən danışsa da, əslində Azərbaycana qarşı düşmənçilik, kin və nifrət bəsləyir.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Praqada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənsitanın baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüş zamanı bildirib ki, Azərbaycana qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Bu gün dördtərəfli görüşdə də mən qeyd etdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Onu da bildirdim ki, müharibədən sonra 250-dən çox azərbaycanlı ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir. Buna son qoyulmalıdır və minaların basdırılması yeganə cinayət deyil.

Ermənistan iki ölkə sərhədlərini də minalayır. Bu, onların xoşməramlı olmayan qonşu xislətinin göstəricisidir. Ermənistanın regionda təhlükəsizliyi təhdid etməsi, sabitliyə və əməkdaşlığa qarşı çıxması kimi də dəyərləndirilə bilər. Bu, beynəlxalq hüquq nöqteyi cəhətdən çox kobud qanun pozuntusudur. Müharibə bitdikdən sonra qarşılıqlı şəkildə addım atılır və minalardan təmizlənmə prosesi üçün sənədlər qalib ölkəyə təqdim edilir. Təəssüf ki, Ermənistan bunu etmir və böyük bir cinayətə yol verir. Rəsmi İrəvan bu davranışı ilə demokratik prinsiplərə, beynəlxalq hüquqa hörmətsizlik etdiyini göstərir. Ermənistanın etimad və etibar qazanması üçün torpaqların minalardan təmizlənməsi istiqamətində də Azərbaycanla əməkdaşlıq etməsi vacib şərtlərdəndir. Rəsmi İrəvanın bu yöndə addımlar atmaması, onun normallaşma prosesinə, əməkdaşlığa və regionda sülhün yaranmasına qarşı olduğunu isbatlayır.