YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaralı hərbçi ziyarət olunub

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və təşkilat əməkdaşları, Tərtər rayon Qaradağlı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Razil Məmmədov Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində düşmən təxribatının qarşısını alarkən igidlik göstərərək yaralanmış rayonun Qaradağlı kənd sakini, hərbçi Abbasov Vüsal Fazil oğluna baş çəkiblər.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəyə aparan zəfər yolundan, qəhrəman əsgərlərimizin döyüşlərdə göstərdiyi şücaətdən danışıb.

Daha sonra ailənin qayğı və problemləri dinlənilib.

Vüsal Abbasov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində qazilərə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Vətən müharibəsinin də iştirakçısı olan Vüsal Abbasov Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.