YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının “Qala qəsəbəsi Babək küçəsi” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib. Bu münasibətlə keçirilən təsis konfransında 323 nömrəli tam orta məktəbin direktoru Xəyalə Qasımova çıxış edərək bildirib ki, məktəb kollektivi vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq əməkdaşlarla komplektləşdirilib və onların əksəriyyəti Yeni Azərbaycan Partiyasına üzv olmaq arzusundadır. Onlar bütün qüvvə və bacarıqlarını ölkəmizin daha da inkişafı naminə qarşıda dayanan vəzifələrin icrasına yönəltmək üçün səfərbər ediblər. Artıq iki ildir ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir. Görülən işlər Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Soydaşlarımızın tezliklə Böyük Qayıdışına nail olmaq üçün hər bir Azərbaycan vətəndaşı, Yeni Azərbaycan Partiyasının hər bir üzvü fəallıq nümayiş etdirməlidir.

YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov YAP-ın yaranması, keçdiyi inkişaf yolu, partiyanın VII qurultayından bu günə qədər görülmüş işlər, aparılan islahatlar və YAP-ın Sədri, Prezident İlham Əliyevin partiya qarşısında qoyduğu hədəflər barədə ətraflı məlumat verib. Şəfayət Nənəcanov 323 nömrəli tam orta məktəbin əməkdaşlarının bu təşəbbüsünü alqışlayıb və onların dövlətimizin daha da inkişafı naminə bir amal ətrafında birləşməyinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə digər çıxış edənlər xüsusi qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın istəyi, zamanın tələbi ilə yaranan Yeni Azərbaycan Partiyası Ümummilli Liderin qeyd etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Bütün sınaqlardan şərəflə çıxan partiya tarixə adını qələbələr, zəfərlər partiyası kimi yazıb.

Daha sonra təşkilatı məsələlərə baxılıb. YAP Xəzər rayon təşkilatının sədrinin müavini Şəfayət Nənəcanov yeni yaradılan ərazi partiya təşkilatının yeni tərkibinə fəaliyyətlərində uğurlar arzulayıb.