YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edilib

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Avropa Azərbaycan Məktəbinin Valideyn Məktəb Assosiasiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edilib.

Ekskursiyadan öncə şəhid ailələrinin üzvləri ilə görüşən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Azərbaycan dövləti və xalqı Vətən müharibəsində qazanılan qələbəni, torpaqlarımızın işğaldan azad edilməsini rəşadətli ordumuzun tərkibində döyüşən qəhrəmanlarımıza borcludur. 44 gün davam edən və bizlərə qalibiyyəti bəxş edən şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdədir. Qeyd olunub ki, şəhid ailələrimiz və Vətənimiz uğrunda sağlamlığını itirmiş qazilərimiz bizim baş tacımızdır.

Şəhid ailələri göstərilən diqqət və qayğıya ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ekskursiyada YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Avropa Azərbaycan Məktəbinin Valideyn Məktəb Assosiasiya İdarə Heyətinin üzvləri Rasim Qasımov, Ceyla Rəhimova, şəhid ailə üzvləri, övladları və rayon təşkilatının əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində muzeylə tanışlıq olub. Uşaqlar əyləncəli və maraqlı ekskursiyadan xoş təəssüratlarla ayrılıblar.