YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” adlı tədbir keçirilib.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin üzvü Rauf Əliyev, məktəb direktorları, 2021-2022-ci tədris ilində yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi başlayıb.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik edərək onlara çətin və eyni zamanda, şərəfli işlərində uğurlar arzulayıb. E.Abasov bildirib ki, müəllim adının ən yüksək ad olduğunu deyən ümummilli lider Heydər Əliyev hər  zaman təhsilə diqqət və qayğı ilə yanaşıb, müəllim əməyinə böyük dəyər verib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Təhsil ocaqlarının maddi-texniki bazasının günü-gündən gücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan islahatlar şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Pirallahı RİH başçısı Vasif İmanov gənclərin Vətən müharibəsində göstərdiyi şücaəti xatırladaraq, əldə olunmuş qələbədə təhsilli, savadlı gənclərin müstəsna rolunu xüsusi vurğulayıb. 

Pirallahı RİH başçısının birinci müavini Vəzir Səfixanov son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən danışıb.

Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, bu gün hər bir müəllim elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodik cəhətdən kamilliyi ilə yanaşı, vətənpərvərliyi ilə də seçilir, dövlətinə və xalqına sədaqətlə xidmət edir. R.Əliyev əminliyini ifadə edib ki, müqəddəs peşə daşıyıcısı olan müəllimlər bundan sonra da şagirdlərin yüksək intellektual səviyyəyə malik, milli dəyərlərə hörmətlə yanaşan, bilikli, vətənpərvər gənclər kimi yetişməsi istiqamətində yorulmadan çalışacaqlar.

Pirallahı rayonu 243 saylı tam orta məktəbin Azərbaycan tarixi müəllimi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı rayon Komitəsinin sədri Arzu Cahangirova, 2021-2022-ci tədris ilində Pirallahı rayonu üzrə ən yüksək nəticələrdən birini əldə edən 243 saylı tam orta məktəbin məzunu Elmira Mütəllimova çıxışlarında Azərbaycan müəllimlərinin cəmiyyətimizin ən nüfuzlu şəxslərindən hesab olunduqlarını söyləyiblər.

Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlara və fəaliyyətində fərqlənən bir qrup təhsil işçisinə fəxri fərman və hədiyyələr təqdim olunub.