YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda şəhidin ildönümü mərasimi keçirilib

Ağdaş rayonu Xosrov kəndində Vətən müharibəsi şəhidi Vəliyev Sadiq Ayaz oğlunun şəhadətinin ikinci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Yeni Azərbayan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və partiya fəalları, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri şəhidin ailəsinə baş çəkib, valideynlərinə dərin hüznlə başsağlığı veriblər.

Xosrov kənd şəhidlərinin xatirəsinə ucaldılmış Şəhidlər bulaq kompleksinin önündə davam edən anım tədbirində Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər qələbəmiz uğrunda canlarından keçmiş şəhid və qazilərimizin hər zaman ehtiramla anılacağını bildiriblər.

Sonra Xosrov kənd tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya nümayiş olunub.

Daha sonra Xosrov kənd qəbiristanlığında şəhid Sadiq Vəliyevin məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, 2001-ci il fevralın 21-də Ağdaş rayonunun Xosrov kəndində anadan olan Sadiq Vəliyev 2020-ci il oktyabrın 5-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə o, ölümündən sonra “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.