YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Hacıyev: İyul-sentyabr aylarında 66 ailəyə Ağalı kəndindəki evlərinin açarları təqdim olunub

Cari ilin iyul-sentyabr aylarında 66 ailəyə Zəngilanın Ağalı kəndindəki evlərinin açarları təqdim olunub. Ağalı kəndində 200 ev tikilib, daha 150 evin tikilməsi planlaşdırılır.

Bu sözləri Azərbaycan Milli Şəhərsalma Forumunda “Ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı” sessiyasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, şəhər işğaldan azad edildikdən sonra sürətli yenidənqurma işləri başlayıb, dayanıqlı, ağıllı konsepsiyalar tətbiq olunur. Şəhərdə tikiləcək iki və üçmərtəbəli yaşayış məntəqələri təbiətlə vəhdətdə olacaq.