YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fədakar peşə sahibləri ziyarət olunub

Nərimanov rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının nümayəndələri Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən müəllimləri ziyarət ediblər.

YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və təşkilatın əməkdaşları müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə, o cümlədən Nərimanov rayonunda təhsil sahəsində görülən işlərdən danışıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyev daim təhsil işçilərinə böyük diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Qeyd olunub ki, təhsil ocaqlarının maddi-texniki bazasının gündən-günə gücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan islahatlar şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Direktor və müəllim heyətinə fəxri fərman və gül dəstələri təqdim olunub.