YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin xatirəsi anılıb

Vətən müharibəsi şəhidi İsmayılov Orxan Zöhrab oğlunun anım günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, YAP Səbail rayon təşkilatının sədr müavini Faiq Qurbanov, RİH başçısının müavinləri, şəhid ailələri, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin evinin önündəki barelyefi ziyarət edərək xatirəsini ehtiramla anıb, üzərinə gül dəstələri qoyub və ruhuna dualar oxuyublar.

Çıxış edənlər Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını bildiriblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.