YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailəsinin üzvü olan müəllimlər ziyarət olunub

Bərdədə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə şəhid ailəsinin üzvü olan müəllimlər ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təşkilat nümayəndələri, şəhər 5 saylı tam orta məktəbin direktoru Teymur Həmidov və müəllim kollektivi erməni təcavüzünün qurbanı olan şəhid Cavid Rüstəmovun həyat yoldaşı Rüxsarə Ağayevanın və şəhid Faiq Quliyevin qardaşı Telman Quliyevin evində olub, onları Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik ediblər. Qeyd olunub ki, müəllim insan formalaşdıran, vətəndaş yetişdirən nadir və müqəddəs peşə sahiblərindəndir.

Görüşlərdə Vətən müharibəsində şəhid olan müəllimlərin də xatirələri anılıb.

Ziyarətçilər, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərdən danışıblar.