YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tarixinin yeni mərhələsi

Azərbaycan dövlətinin və xalqının taleyində olduqca əlamətdar hadisələrdən biri olan - 1993-cü ilin oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ulu öndər Heydər Əliyevin xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq prezident seçilməsindən 29 il ötür. Bu tarixi hadisələrə işıq tutaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətlərindən bəhs edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, tarix heç bir zaman unudulmamalı, Azərbaycanın 1990-cı ilin əvvəllərində üzləşdiyi xaotik və böhran vəziyyəti yeniyetmə və gənclərə çatdırılmalıdır. Bu gün müstəqil və müasir ölkəmizdə dinc, əmin-amanlıq şəraitində yaşayan gəncliyimiz dövlətimizin və xalqımızın həyatında baş verən taleyüklü hadisələrlə bağlı kifayət qədər ətraflı məlumatlandırılmalı, onlara tarixi faktlar təqdim olunmalıdır. Çünki gənc soydaşlarımız da bilməlidir ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə rəhbərliyə gəlməsi ilə dövlətimiz və xalqımız necə böyük bəlalardan, hətta məhv olmaq təhlükəsindən, vətəndaş qırğınlarından xilas oldu. Onlara aşılanmalıdır ki, doğma Azərbaycanımız həmişə bu günkü kimi azad, firavan, güclü və inkişaf etmiş olmayıb. Vətənimiz çox ciddi sınaqlarla üzləşib, qarşısı alınmaz fəlakətlərlə üz-üzə qalıb. Lakin ümummilli lider Heydər Əliyevin xalqımızın yüksək etimadını və inamını qazanaraq, 98.84 faiz səslə Azərbaycan Prezidenti seçilməsindən sonra dövətimizin və xalqımızın üzərindəki qara buludular çəkilməyə başladı: “Ümummilli lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başlandı və ölkəmizin inkişaf tarixində yeni səhifə açıldı. Çünki bu prezident seçkiləri müstəqil Azərbaycan dövlətinin və xalqının müstəqilliyi, azadlığı, inkişafı yolunda ilk pillə idi. Məhz bu tarixi, siyasi hadisədən - ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Bir sözlə, ölkənin və xalqın ən ağrılı anında ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirdi”.

Rayon təşkilatının sədrinin sözlərinə görə Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyünün ölkəmizə rəhbərliyi dövründə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmış, xalqımızın azadlıq arzuları və inamı puç olmuş, faktiki olaraq dövlətimiz uçuruma yuvarlanaraq ayrı-ayrı xarici qüvvələrin və ölkələrin vassalına çevrilmişdi: “1991-1993-cü illər ölkəmizin tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Torpaqlarımız işğal olunmuş, bir milyona yaxın soydaşımız öz yurd-yuvasından qaçqın və məcburi köçkün, didərgin salınmışdı. Orduda pərakəndəlik, vahid idarəetmənin olmaması, ordunun lazımı silah-sursat və digər hərbi təminatlardan məhrum qalması, nəticədə daha böyük faciələrin baş verə biləcəyindən xəbər verirdi. Bütün bu fəlakətlər azmış kimi, o zamankı rəhbərlik yarıtmaz siyasətlərindən nəticə çıxarmayaraq, Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışaraq bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Lakin qətiyyətli Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün əvəzsiz lider Heydər Əliyevi Bakıya dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Tarixi hadisələr sübut etdi ki, Azərbaycan xalqı yanılmayıb. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi qalıb”.

Vüsar İsmayılovun vurğuladığına görə tam əminlikdə və qürurula deyə bilərik ki, məhz ümummilli lider Heydər Əliyevin siyasi idarəetməsi, müdirk və uzaqgörən siyasəti Azərbaycanın inkişafını təmin etməklə yanaşı, gələcək hədəflərinə doğru inamıa addımlamasına əsaslı zəmin yaratdı. Bu gün ölkəmiz regionun ən güclü ölkəsi kimi, dünyada öz nüfuzu ilə sayılıb, seçilir. Beynəlxalq arenada dövlətimizin və xalqımızın təmsilçiliyi milli maraqlarımıza tam uyğundur. Sözsüz ki, bu gün əldə olunan tərəqqi əsası ulu öndər tərəfindən qoyulan siyasi xəttin bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirməsinin nəticəsidir. İnanırıq ki, doğma Azərbaycanımız bundan sonra da daim inkişaf edəcək, öz qüdrətini və gücünü daha da möhkəmləndirəcək.