YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələri, müharibə əlilləri və veteranlara dövlətin böyük diqqəti var

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncama əsasən 27 sentyabr ölkəmizdə "Anım Günü" kimi qeyd edilir. Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında imzalanan Sərəncam Dövlət başçımız tərəfindən şəhidlərimizin ruhuna hörmət əlaməti, müharibə iştirakçılarının, xalqımızın mübarizə əzminə verilən ən yüksək qiymətdir.

Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq başlanan Vətən  müharibəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. Eyni zamanda bu qələbəylə Azərbaycan 30 ildir üzləşdiyi ədalətsizliyə son qoydu, tarixi ədaləti bərpa etdi.

Sentybrın 27-də rəşadətli Azərbaycan Ordusu əks-hücum və cavab tədbirlərinin həyata keçirməyə başlayaraq, hərbi əməliyyatların ilk günündən düşməni peşman etdi. Müzəffər Ali Baş Komandanımızın söylədiyi kimi, Ordumuz düşmənin başını əzdi, belini qırdı və tarixi Zəfər əldə etdi. Beləliklə, əldə edilən bu Zəfərlə Prezident İlham Əliyev həm ata vəsiyyətini, həm də bir prezident kimi xalqına verdiyi sözü yerinə yetirmiş oldu. Bu Zəfər Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın nə qədər güclü, nə qədər qüdrətli bir dövlət olduğunu düşmənə, eləcə də düşmənin havadarlarına nümayiş etdirmiş oldu. 

Şanlı tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsində Azərbaycan ordusunun 3000-nə yaxın hərbi qulluqçusu doğma torpaqlarımızın azad edilməsi uğrunda şəhadət zirvəsinə ucaldı. Bu şanlı Zəfəri xalqımıza yaşatmış rəşadətli ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən ölkə rəhbəri döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçularımızın təltif olunması ilə bağlı onlarla Sərəncam imzalayıb. Prezident İlham Əliyevin müharibənin başa çatmasından qısa müddət sonra - dekabrın 9-dan 30-dək imzaladığı sərəncamlarla ümumilikdə 82 min 670 nəfər təltif olundu. Qalib ordunun hərbiçilərinin qəhramanlıqlarının əbədiləşdirilməsi məqsədilə müxtəlif orden və medallar təsis olundu. Bütün bunlar Müzəffər Ali Baş Komandanımızın hərbi qulluqçularımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidr.

Ölkəmizdə Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərilən yüksək dövlət qayğısının əsasını müasir Azərbaycan Dövlətinin banisi, xalqımızın xilaskarı ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.  

Bu gün də ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə , veteranlara böyük diqqət və qayğı göstərilir. Dövlət başçısı İlham Əliyev şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəmir, bu katiqoriyadan olan vətəndaşlarımızın qayğıları ilə şəxsən maraqlanır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da şəhid ailələrinə, qazilərimizə böyük dəyər verir, Onları hər zaman diqqətində saxlayır. Müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar.

Şəhid ailələri mütəmadi olaraq yeni mənzillər, əlillərə isə avtomobillər verilir. Bu kateqoriyadan olan vətəndaşların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və ehtiyac bilindikdə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, ölkəmizdə şəhid ailərinə,əlillərə göstərilən diqqət və qayğı danılmazdır.