YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsinə ucaldılmış abidə və bulaqların ətrafında təmizlik işləri aparılıb

27 sentyabr - Anım Günü ərəfəsində Tərtərdə şəhidlərin xatirəsinə ucaldılmış abidə və bulaqların ətrafında təmizlik işləri aparılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin, Tərtər Rayon Gənclər və İdman İdarəsinin, Olimpiya İdman Kompleksinin əməkdaşları, partiya fəalları, könüllülər şəhər ərazisində yerləşən Şəhidlər Abidə Kompleksində, Milli Qəhrəmanlar Vəzir Orucov və Elman Hüseynovun abidələrinin, şəhidlərin adına inşa edilmiş bulaqların, xatirə lövhələrinin ətrafında təmizlik və abadlıq işləri həyata keçiriblər.

Həmçinin ağac növləri, müxtəlif güllər və həmişəyaşıl kollar əkilib.