YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin əziz xatirələri anılıb

Biləsuvarda Birinci Qarabağ müharibəsi şəhidi Behbudov Cəmil Həbulla oğlunun və İkinci Qarabağ müharibəsi şəhidi Əzizli Elnur Şahin oğlunun xatirələri yad edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİH başcısı Aparatının şöbə müdiri Zamiq Mənsimli, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəis müavini Vasif Rzayev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin Biləsuvar rayon təşkilatının sədri Bəhruz Əliyev və partiya fəalları Cəmil Behbudovun şəhadətə ucalmasının 24-cü ildönümü, şəhid Elnur Əzizlinin isə 22-ci doğum günü münasibətilə Biləsuvar şəhər qəbiristanlığında məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

Daha sonra şəhidlərin ailələri ziyarət olunub, qayğı və problemləri dinlənilib.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid Cəmil Behbudov 1977-ci il martın 8-də Biləsuvar şəhərində anadan olub. 1998-ci il sentyabr ayının 25-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu şəhid Elnur Əzizli 2000-ci il sentyabrın 25-də Biləsuvar şəhərində anadan olub. 2020-ci il noyabrın 9-da Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.