YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ərazilər yaşıl cənnətə çevriləcək

Misirin nüfuzlu “Cümhuriyyə” qəzetində Azərbaycanda səfərdə olan misirli jurnalist Mustafa Yasinin “Qarabağ Azərbaycanın incisidir” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş Qarabağda aparılan irimiqyaslı bərpa və tikinti işləri barədə məlumat verilib. Müəllif qeyd edib ki, Azərbaycan dövlətinin başçısı bu ərazilərin yaşıl cənnətə çevriləcəyini bəyan edib.

Məqalədə ərəb jurnalistlərinin Ağdamda Cümə məscidi, Gəncədə Zəfər parkı, ən müasir standartlar səviyyəsində inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bərpa olunan abidələr, Zəngilanın Ağalı kəndinə qayıdan yerli əhali, burada həyata keçirilən “ağıllı kənd” layihəsi haqqında təəssüratları yer alıb. Müəllif, həmçinin Bakıdakı Şəhidlər xiyabanı və Hərbi Qənimətlər Parkı barədə də ətraflı məlumat verib, Azərbaycan XİN-in onları müşayiət edən əməkdaşları, habelə Qarabağın rayonlarında yerli icra nümayəndələri ilə müsahibələrdən sitatlar təqdim edib.