YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

30 illik işğala son və Zəfər yolu

“Əl Cəzirə” telekanalında ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri zamanı ermənipərəst bəyanatlarına cavab olaraq, işğalçı ermənilərin 30 il ərzində Azərbaycan torpaqlarında törətdikləri barbarlıqlar, ərazilərin minalanması, sülhsevər Azərbaycan dövlətinin işğaldan azad olunmuş əraziləri bərpa etməsi və Zəfər yolu inşa etməsi barədə reportaj yayımlanıb.

Telekanalın reportyoru Çarlz Stratfordun reportajında ermənilərin dağıtdığı mədəniyyət paytaxtı Şuşa şəhərindəki məscidlər və qədim evləri barədə məlumat verilib, bu şəhərin hələ də xarabalıqlar içində olduğu qeyd edilib. Jurnalist Xankəndini Ermənistanla birləşdirən Laçın dəhlizindən də bəhs edib, Azərbaycan rəsmisi Zaur Həsənovun Ermənistanın 2020-ci ilin noyabrında imzalanan üçtərəfli Bəyanatın şərtlərini pozaraq hələ də silahlı bölmələrini bu ərazilərdən çıxarmadığı barədə fikirlərini təqdim edib.