YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müalicə alan yaralı hərbçilər ziyarət edilib

Milli Məclisin deputatları Ağalar Vəliyev, Anar Məmmədov və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev erməni təxribatının qarşısının alınması zamanı yaralanan hərbçilərimizi ziyarət ediblər.

Deputatlar və başçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan hərbçilərlə söhbət edib, müalicələrinin gedişatı ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu ediblər.

Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün xalqımızın hərbçilərimizlə, Vətən uğrunda canından keçən şəhidlərimizlə, sağlamlıqlarını itirən qazilərimizlə fəxr etdiyi diqqətə çatdırılıb.

Həkim heyəti tərəfindən məlumat verilib ki, hospitalda yaralı hərbçilərimizin müalicəsi üçün bütün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir.

Yaralı hərbçilərimiz də onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.