YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhidin doğum günü qeyd olunub

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Ələkbərov Məhəmmədli Bayram oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, RİH yanında İctimai Şuranın üzvləri, məktəb kollektivi, hərbçilər, şəhidimizin ailə üzvləri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Daha sonra tədbir iştirakçıları şəhid Məhəmmədəli Ələkbərovun ailə üzvlərini ziyarət edərək, dərin hüznlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib. Şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Qeyd edək ki, Məhəmmədəli Ələkbərov 2020-ci il oktyabr ayının 21-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.